Obama ABŞ-ın Kubaya ilk səfirinin namizədliyini irəli sürdü

Obama ABŞ-ın Kubaya ilk səfirinin namizədliyini irəli sürdü

ABŞ prezidenti Barak Obama ölkənin Kubaya son 50 ildə ilk səfiri postuna Ceffri Delorentisin namizədliyini təklif edib.

APA-nın “Reuters”ə istinadən verdiyi xəbərə görə,  Ceffri Delorentis hazırda ABŞ-ın Kubada müvəqqəti işlər müvəkkili vəzifəsini icra edir. ABŞ qanunvericiliyinə görə, prezidentin səfir postuna irəli sürdüyü namizəd Senat tərəfindən təsdiqlənməlidir.

0
10