Rusiyaya qarşı yeni sanksiyalar tətbiq edilə bilər

Rusiyaya qarşı yeni sanksiyalar tətbiq edilə bilər

Ağ Ev Rusiyaya qarşı maliyyə sanksiyaların genişləndiriləcəyini istisna etmir.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə ABŞ prezidentinin mətbuat katibi Coş Ernest.

“Əlavə maliyyə sanksiyaların tətbiqi məsələsi, hələ ki, gündəlikdən çıxarılmayıb”, deyə Ernest Rusiyanın Suriya hökumətinə dəstək verdiyinə görə Moskvaya qarşı əlavə sanksiyaların tətbiq edilib-edilməyəcəyinə dair suala cavabında bildirib.    

Ernestin sözlərinə görə, ABŞ birtərəfli qaydada sanksiyaları tətbiq etməyə yox, tərəfdaşları ilə əlaqəli şəkildə addımlamağa üstünlük verir. O, Rusiyaya qarşı yeni sanksiyaların nə vaxt tətbiq ediləcəyini açıqlamayıb”.  

0
14