ABŞ-da gizli narkolaboratoriyada partlayış: 20 yaralı

ABŞ-da gizli narkolaboratoriyada partlayış: 20 yaralı

Nyu-Yorkda gizli narkotik istehsalı laboratoriyasında partlayış nəticəsində azı 20 nəfər yaralanıb.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə şəhərin yanğınsöndürmə xidmətinin rəhbəri Deniel Niqro bildirib.

Bundan əvvəl mətbuatda Nyu-Yorkdakı evlərdən birində partlayış barədə məlumat yayılıb. Qaz sızması çağırışı ilə hadisə yerinə cəlb olunan yanğınsöndürənlər binada gizli narkotik istehsalı laboratoriyası aşkarlayıblar və bu barədə polisi məlumatlandırıblar. Polis əməkdaşları hadisə yerinə gəldikdən sonra partlayış baş verib.

Partlayış nəticəsində 44 yaşlı yanğınsöndürmə briqadasının rəhbəri Maykl Feyqi həlak olub. Yaralılardan 6 nəfəri polis əməkdaşı, ikisi şəhər sakini, üçü “Con Ed” enerji şirkətinin əməkdaşı və doqquzu yanğınsöndürəndir.  Faktla bağlı araşdırma aparılır.

0
15