ABŞ İŞİD-ə qarşı Türkiyə ilə əməkdaşlığı davam etdirəcək

ABŞ İŞİD-ə qarşı Türkiyə ilə əməkdaşlığı davam etdirəcək

ABŞ-Türkiyə münasibətlərində son zamanlar bəzi çətinliklərin yaranmasına baxmayaraq, Vaşinqton İŞİD-lə mübarizədə Ankara ilə sıx əməkdaşlığı davam etdirəcək.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bunu brifinqdə Dövlət Departamentinin rəsmi nümayəndəsi Mark Toner bildirib.

Bu məsələlər ABŞ dövlət katibinin müavini Entoni Blinkenin Türkiyəyə səfəri çərçivəsində müzakirə olunacaq.

“Biz Türkiyə hökuməti ilə əlaqələndirməni davam etdirəcəyik. Biz, havada insidentlərin qarşısını almaq üçün Türkiyə ilə çalışacağıq, onun sərhədlərinin qorunmasında və İŞİD-in məhv edilməsində əlaqələndirməni davam etdirəcəyik”, - deyə Toner Fətullah Gülənin ekstradisiyası məsələsi fonunda  ABŞ-Türkiyə münasibətlərinin hazırkı vəziyyətinə dair suala cavabında bildirib.

ABŞ dövlət katibinin müavini Entoni Blinken sentyabrın 26-da  Türkiyəyə səfər edib. Səfər sentyabrın 28-də başa çatmayacaq.

0
11