Deputatlar dalaşdılar:CANLI efirdə əlbəyaxa

Deputatlar dalaşdılar:CANLI efirdə əlbəyaxa

Gürcüstan parlamentinə deputatlığa namizədlərin canlı efirdə gedən debatı əlbəyaxa dava ilə nəticələnib.

Qərbyönümlü partiyaların nümayəndəsi İrakli Qlonti rəqibi Zaza Aqladzeni Rusiyanın maraqlarına xidmət etməkdə ittiham edib.

Zaza Aqladze buna cavab olaraq Qlontiyə su ilə dolu stəkan atıb. Qlonti də öz növbəsində qarşısında olan stəkanı rəqibinə atıb.

Aparıcı siyasətçiləri ayırmağa çalışsa da, buna nail ola bilməyib. Deputatlığa namizədlər əlbəyaxa olublar.

.

Qeyd edək ki, Gürcüstanda parlament seçkiləri oktyabrın 8-də keçiriləcək.

0
12