İran neft hasilatını məhdudlaşdırmayacaq

İran neft hasilatını məhdudlaşdırmayacaq

İran neft hasilatını məhdudlaşdırmayacaq, əksinə, hasilat həcmini sutkada 4 mln. barelədək artırmaq niyyətindədir.

APA-nın “TASS”a istinadən verdiyi xəbərə görə, bu barədə Əlcəzairdə keçirilən beynəlxalq enerji forumunda İranın neft naziri Bijan Namdar Zanqane bildirib.   

“Biz OPEK-in məşvərət görüşündə saziş imzalamağa can atmırıq. İran neft hasilatını məhdudlaşdırmayacaq və hasilat həcmini sutkada 4 mln. barelədək artırmaq niyyətindədir”, - deyə nazir qeyd edib.

O qeyd edib ki, İran OPEK-də əvvəlki payını –  üzv ölkələrin hasil etdiyi neftin ümumi həcminin  13 faizini qaytarmalıdır: “Bunun üçün İran sutkada 4,4 mln. barel neft hasil etməlidir”

Bijan Namdar Zanqane neft hasilatının kvotalaşdırılmasında  əvvəlki sistemin – hər ölkə üçün müəyyən limitin təyin edilməsi  (hazırda  bütün təşkilat üçün ümumi hədd müəyyənləşdirilir -red.) sisteminin bərpa olunmasının vacibliyini qeyd edib.

Qeyd edək ki, İran iyun-iyul aylarında sutkada 3,8 mln. barel neft hasil edib.

0
8