"Neftçi" yenə uduzdu

"Neftçi" yenə uduzdu

Bu gün Topaz Premyer Liqasında VI tura yekun vurulub. Apasport.az saytının məlumatına görə, son oyun günündə 1 qarşılaşma baş tutub.

Turun son matçı Bakıda keçirilib. Turnir cədvəlinin aşağı pillələrində qonşu olan “Neftçi” və “Sumqayıt” paytaxt təmsilçisinin meydanında üz-üzə gəliblər.

Ardıcıl 4 məğlubiyyət almaqla, ölkə çempionatlarındakı antirekordunu müəyyənləşdirən “ağ-qaralar” bu matçda da dönüş edə bilməyiblər. Komanda hesabı açsa da, üstünlüyünü qoruya bilməyib. İlk hissə bərabərliklə başa çatıb.

İkinci hissədə daha bir dəfə fərqlənən "Sumqayıt" matçdan qələbə ilə ayrılıb.

Topaz Premyer Liqası

VI tur

27 sentyabr (çərşənbə axşamı)

“Neftçi” – “Sumqayıt” - 1:2

Qollar: Cavid İmamverdiyev, 6 - Yusif Nəbiyev, 19, Seymur Əsədov, 71

0
20