Erməni generalı Movses Akopyan öldürülüb?

Erməni generalı Movses Akopyan öldürülüb?

Ermənistan Müdafiə Nazirliyi faktı gizlətməyə çalışır.

Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində erməni təxribatının qarşısının alınması zamanı Ermənistan SQ-nin Baş Qərargahının rəis müavini, general-leytenant Movses Akopyan ölüb və ya aldığı yaradan ölüm ayağındadır, onun daimi xidmət yeri Dağlıq Qarabağın işğal edilmiş ərazisidir.   

Oxu.Az bu barədə Trendə istinadən xəbər verir. 

Həmin ərazidə o, Ermənistan SQ-nin qruplaşmasına və Azərbaycanın işğal edilmiş ərazilərində yaradılmış müdafiə qurğuları arxasında gizlənməyə ümid edən Qarabağ separatçılarına rəhbərlik edirdi. 

Baş qərərgahın rəis müavini, general-leytenant Movses Akopyanın koordinatları PUO-in yardımı ilə müəyyənləşdirilib və nəzarət altına alınıb. 

Radiotexniki kəşfiyyatın və danışıqların tutulmasının yardımı ilə işğalçıların qərargahının  və Ermənistanın SQ hərbi rəhbərliyinin görüş yeri müəyyənləşdirilib.  

Azərbaycan ordusu general Akopyanı, erməni ordusunun bir sıra yüksəkrütbəli zabitlərini, eləcə də işğalçı qüvvələrin Cəbrail istiqamətində qərargahını uzaqməsafəli artilleriya ilə məhv etməyə müvəffəq olub.

Bunu Xankəndində bu günlərdə Ermənistan prezidenti Serj Sarkisyanın təşkil etdiyi iclasda Ermənistan silahlı qüvvələrinin bir sıra yüksək rütbəli zabitlərinin və general-leytenant Mavses Akopyanın iştirak etməməsi də sübut edir. 

Daha öncə Ermənistan Müdafiə Nazirliyi Azərbaycan və Ermənistan SQ arasında hərbi əməliyyatların gedişatına dair, guya general-leytenant Akopyanın tərəfindən verilmiş müsahibəni təqdim edərək onun ölüm faktını gizlətməyə çalışıb. 

0
21