“Neftçi” yenə məğlub oldu

“Neftçi” yenə məğlub oldu

Azərbaycan Premyer Liqasında VI tura yekun vurulub.

Oxu.Az xəbər verir ki, turun son oyununda “Neftçi” doğma meydanda “Sumqayıt” klubunu qəbul edib.

Matç qonaqların 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Qarşılaşmanın 6-cı dəqiqəsində Cavid İmamverdiyev “Flqaman”ı hesabda irəli çıxarıb. 19-cü dəqiqədə Yusif Nəbiyev oyunda tarazlığı bərpa edib. “Sumqayıt”ın qələbə qolunu isə matçın 71-ci dəqiqəsində Teymur Əsədov vurub.

Qeyd edək ki, bu “Neftçi” ölkə çempionatında ardıcıl 5-ci məğlubiyyətidir.

Turnir cədvəli:

Komanda Xal Oyun
1. Qəbələ 16 6
2. İnter 14 6
3. Qarabağ 13 6
4. Kəpəz 7 6
5. Sumqayıt 7 6
6. Zirə 6 6
7. Neftçi 3 6
8. AZAL 1 6

S.B.

0
14