Rusiyalı general Zakir Həsənovla danışıqlarda

Rusiyalı general Zakir Həsənovla danışıqlarda

Sentyabrın 27-də Bakı Ekspo Mərkəzində Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənovun “ADEX 2016” İkinci Azərbaycan beynəlxalq müdafiə sərgisində iştirak etmək üçün ölkəmizdə səfərdə olan Rusiya Federasiyası Hava Kosmik Qüvvələr komandanı general-polkovnik Viktor Bondarevin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşü olub.

Bu barədə Oxu.Az-a müdafiə nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Görüşdə Azərbaycan ilə Rusiya arasında hərbi, hərbi-texniki və hərbi təhsil sahələrində əməkdaşlığın inkişafı perspektivləri və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

S.B.

0
15