“Qanun” nəşriyyat evindən oğurluq olub

“Qanun” nəşriyyat evindən oğurluq olub

“Qanun” nəşriyyat evindən oğurluq olub.

Oxu.Az xəbər verir ki, bu barədə “Qanun” nəşriyyat evinin rəhbəri Şahbaz Xuduoğlu şəxsi “Facebook” səhifəsində məlumat verib.

Ş.Xuduoğlunun verdiyi məlumata görə, oğrular nəşriyyat evinə daxil olaraq hər yeri dağıdıblar: “Biz gələndə gördük ki, hər yer dağıdılıb, şkaflar ələk-vələk edilib. Mühasibatlığın qıfılını sındırmışdılar. Ən üst mərtəbənin banından tavan dağıdılmış, “Əli və Nino”nun seyfi yarılmışdı. Eyni mərtəbədə olan başqa bir otağın əşyaları dağıdılmışdı.

Daha bir qapıya lom salınmışdı. Bir sözlə, nəşriyyatın binasını gecə uzunu yaxşıca yağmalamışdılar”.

Ş.Xuduoğlunun bildirdiyinə görə, hadisə yerinə gələn polis əməkdaşlarının əməliyyat axtarış tədbirləri nəticəsində kassadan 3 mindən çox, “Əli və Nino”dan isə 213 manat 20 qəpik oğurlandığı ortaya çıxıb:

“Kameralara baxış keçirilib, iki maskalı şəxsin görüntüsü artıq bəllidir”.

Faktla bağlı araşdırma davam etdirilir.

E.Ə.

0
19