Atambayevin diaqnozu məlum oldu

Atambayevin diaqnozu məlum oldu

Həkimlərin məlumatına görə, dövlət başçısının vəziyyəti qənaətbəxşdir və o, bu həftənin sonunda evə buraxıla bilər. Qırğızıstan prezidenti Almazbek Atambayev hazırda Moskvada Rusiya prezidentinin İşlər İdarəsinin Mərkəzi Klinikasında müalicə olunur.

Oxu.Az xəbər verir ki, bu barədə prezidentin mətbuat katibi Almaz Usenov sosial şəbəkədəki səhifəsində yazıb.

Onun sözlərinə görə, Atambayev daha öncə onu müayinə və müalicə edən mütəxəssislərin nəzarəti altındadır. “Aritmiyanın aradan qaldırması üçün Rusiyadan professor Amiran Revişvili dəvət edilib. Hazırda ürək ritmində pozulma halı tamamən aradan qaldırılıb”, - Usenov yazıb.

Qırğız Respublikasının prezidenti 2008-ci ildə zəhərləndirildikdən sonra həzm sistemindən Türkiyədə cərrahiyyə əməliyyatı olunub.

“Almazbek Atambayev həzm sisteminin profilaktikası məqsədi ilə endoskopik arqon-plazma ablyasiyası edilib. Həkimlər onun səhhətində əhəmiyyətli dərəcədə irəliləyişin olduğunu bildiriblər”, - məlumatda deyilir.

A.Usenov deyib ki, ölkə prezidenti bu həftənin sonunda xəstəxanadan evə buraxıla bilər.

0
9