Tbilisidə Rəşid Behbudov anılacaq

Tbilisidə Rəşid Behbudov anılacaq

Azərbaycanın tanınmış müğənnisi Rəşid Behbudovun anadan olmasının 100 illiyinə həsr edilmiş musiqili gecə bu gün Tbilisidə baş tutacaq.

Oxu.Az gürcü KİV-nə istinadən xəbər verir ki, konsert Vano Saracaşvili adına Tbilisi Dövlət Konservatoriyasının Kiçik zalının səhnəsində baş tutacaq.

Gecədə Rəşid Behbudovun müxtəlif operalardan kadrlar nümayiş etdiriləcək. Konsertdə gürcü bəstəkarı Vaja Azaraşvili, tenor İrakli Murcikneli və Gürcüstanın digər musiqiçi və opera ifaçıları iştirak edəcəklər.

N.O.

0
11