Bakıda toyundan imtina etdiyi deyilən gəlindən açıqlama – FOTO

Bakıda toyundan imtina etdiyi deyilən gəlindən açıqlama  – FOTO

Ötən gün toyları olan “Ümid Yeri” Uşaq Sığınacağı Xeyriyyə Cəmiyyətinin sakinləri Elşən və Əfsanə Abduləliyevlər mətbuatda barələrində yazılanlarla bağlı açıqlama veriblər.

Oxu.Az-ın ölkə.az-a istinadən məlumatına görə, E.Abduləliyev bildirib ki, həyat yoldaşı dükanların birində geyimi bəyənmədiyi üçün başqa dükana müraciət etməli olublar.

“Burada şişirdiləsi bir şey yoxdur. Sadəcə, geyimi bəyənmədi, digər dükana keçdik. Hazırda çox xoşbəxtik, hər şey də qaydasındadır. Rasim Məmmədov adlı QHT rəhbəri bizi biraylıq evlə təmin edib. Hələ ki, işsizəm. Amma sürücü kimi işə başlayacağam. Elza Seyidcahan, Niyaməddin Musayev, Gülyaz-Gülyanaq Məmmədovalar, skripkaçı Səlim Abbasov və digər tanınmış sənət adamları toyumuzda iştirak etdilər. Onlara da sizin vasitənizlə təşəkkürümü bildirirəm”, - deyə E.Abduləliyev bildirib.

Geyimə görə toyuna gəlməkdən imtina etdiyi deyilən Əfsanə Abduləliyeva isə bunları deyib:

“Mənə də çox maraqlıdır ki, bu xəbəri hansı əsasla yazıblar. Geyimə görə toydan imtina etmək ağılsızlıq olardı. Sadəcə, dükanın birindən paltarı bəyənmədik, digər dükana getdik”.

Xatırladaq ki, mediada geyimi bəyənmədiyinə görə Əfsanə Abduləliyevanın toya gəlməkdən imtina etdiyi xəbəri yayılmışdı.

A.S.

0
6