Asiya İnkişaf Bankı: İşıq və suyun qiymətinin artımı inflyasiyanı sürətləndirəcək

Asiya İnkişaf Bankı: İşıq və suyun qiymətinin artımı inflyasiyanı sürətləndirəcək

Mərkəzi Bankın inflyasiyanı qoruya bilməməyinin səbəbləri açıqlanıb. Məhdud maliyyə vasitəçiliyi Azərbaycan Mərkəzi Bankın inflyasiyanın qorunması imkanlarını azaldır.

Oxu.Az Fins.Az-a istinadən xəbər verir ki, bu barədə Asiya İnkişaf Bankının saytında dərc olunan “Asian Development Outlook 2016” yenilənmiş icmalında qeyd edilir.

“2016-cı ilin iyul ayında Azərbaycanda orta illik inflyasiya 10,6%-ə çatıb. O cümlədən, ərzaq məhsullarının qiymətləri 12%, qeyri-ərzaq malları - 15,5%, xidmətlər 4,7% artıb.

Bu cür inflyasiya 2015-ci ildə milli valyutanın kəskin devalvasiyası nəticəsində davam edən effektdir. İnflyasiyanı qorumaq məqsədilə AMB cari il uçot dərəcəsini beş dəfə - 15%-dək artırıb. Lakin dərin olmayan maliyyə vasitəçiliyi AMB-nin inflyasiyanın qorunmasına dair imkanlarını məhdudlaşdırır”, - deyə hesabatda deyilir.

Sənədə əsasən, cari ilin may ayında su təchizatı tarflərinin 38% və iyulda elektik təchizatı tariflərinin 16% artımı, çox ehtimal ki, ilin ikinci yarısında inflyasiyanı sürətləndirəcək.

Baxmayaraq ki, milli valyutanın və idxal olunan malların qiymətlərinin gözlənilən stabilləşməsi 2017-ci ildə Azərbaycanda inflyasiyanı kəskin azaltmalıdır.

U.A.

0
9