Azərbaycan OPEK-in görüşündə iştirak etməkdən imtina edib

Azərbaycan OPEK-in görüşündə iştirak etməkdən imtina edib

Azərbaycan sentyabrın 28-də OPEK-ə üzv olan və kartelə daxil olmayan ölkələrin Əlcəzairdə keçiriləcək qeyri-rəsmi görüşündə iştirak etməyəcək.

Oxu.Az “İnterfax-Azərbaycan” a istinadən xəbər verir ki, bu barədə Energetika Nazilyindən məlumat verilib.

Öncə bildirilmişdi ki, Azərbaycanı görüşdə energetika naziri Natiq Əliyev təmsil edəcək.

“Nazir Natiq Əliyev OPEK-ə üzv olan və kartelə daxil olmayan ölkələrin Əlcəzairdə keçiriləcək qeyri-rəsmi görüşündə iştirak etməyəcək. Bütövlükdə, Azərbaycan bu görüşdə təmsil olunmayacaq”, - deyə nazirlikdən bunun səbəbini dəqiqləşdirməyiblər.

Çərşənbə günü OPEK-ə üzv ölkələr və Rusiya Əlcəzairdə keçiriləcək Beynəlxalq energetika forumu çərçivəsində məsləhətləşmələr aparacaqlar. Öncə kartel rəhbərliyi bəyan edib ki, qeyri-rəsmi xarakter daşıyan görüşdən heç bir qərar gözləməyə dəyməz.

U.A.

0
9