Məshəti türklərinin 100-dən çox ailəsi Ukraynadan Türkiyəyə köçəcək

Məshəti türklərinin 100-dən çox ailəsi Ukraynadan Türkiyəyə köçəcək

Oktyabrda 108 məshəti türk ailəsi daimi yaşayış üçün Ukraynadan Türkiyəyə köçəcək.

Oxu.Az xəbər verir ki, bu barədə ölkənin şərqində Ərzincan vilayətinin Üzümlü rayonunun administrasiya rəhbəri Fatih Acar bildirib.

“Rayonumuzda 108 məshəti türk ailəsinin yerləşdirilməsi üçün hazırlıq işləri başa çatıb.

Türkiyənin Maliyyə Nazirliyi xətti ilə ayrılmış vəsait hesabına onlar üçün məişət əşyaları, o cümlədən soyuducu, televizor və mebel alınıb. Həmvətənlərimiz Ukraynadan Üzümlüyə oktyabrda gələcəklər. Onları səbirsizliklə gözləyirik”.

Məshəti türkləri (Axıska türkləri) – Gürcüstanın cənubi-qərbində yerləşən Məshəti vilayətindən olan subetnik türk qrupudur. 1944-cü ildə Özbəkistan, Qazaxıstan və Qırğızıstana (115 min nəfər) deportasiya ediliblər.

A.M.

0
9