Nizami Kino Mərkəzində yeni filmlər

Nizami Kino Mərkəzində yeni filmlər

Nizami Kino Mərkəzində “Ölülər XXI əsr” milli filminin və ABŞ-ın “Leyləklər” animasiya filminin nümayişi başlanıb.

“Leyləklər” animasiya filmini rejissor Nikolas Stoller ailəvi komediya, fentezi və macəra janrında ekranlaşdırıb. Yaş həddi: 6+

Leyləklər uşaq gətirir... və ya əvvəllər gətirirdilər. İndisə onlar böyük satış saytının mallarının çatdırılması ilə məşğuldular. Şirkətin ən yaxşı kuryeri leylək Cunior təsadufən uşaq hazırlayan maşını aktivləşdirərək gözəl, amma plandankənar qız sahibi olur. Bu məqamdan macəralar başlayır...

Baş rolları Keti Kraun, Kelsi Qremmer, Cennifer Eniston, Tay Burell, Anton Starkman, Kiqen –MayklbKi, Cordan Pil, Denni Trexo və Stiv Qlikman ifa ediblər.

Nümayiş olunacaq növbət film Tahir və Cabir İmanov qardaşlarının prodüseri olduğu “Ölülər XXI əsr” filmi Cəlil Məmmədquluzadəyə ithaf olunub.

Film məşhur “Ölülər” əsərinin müasir versiyasıdır”. Yaş həddi:14+

Yeni kinolentin ssenari müəllifləri Tahir İmanov, Ələkbər Əliyev, Mütəllim Həsənov, Anar Ömərov, Məmmədəli Kazımovdur. Quruluşçu rejissor Şuşa, quruluşçu operator Saulius Lukaşeviçius (Litva), bəstəkar Faiq Sücəddinovdur.

Baş rollarda Tahir İmanov, Valeh Kərimov, Elnar Qarayev, Cabir İmanov, Rövşən Kərimduxt, Bəhram Bağırzadə, Azər Məmmədzadə, Dilarə Əliyeva, Mehriban Xanlarova, Elxan Quliyev, Ziba Şücayi çəkiliblər.

Filmlər haqqında daha ətraflı məlumatı Nizami Kino Mərkəzinin “Facebook” səhifəsindən öyrənmək mümkündür.

https://www.facebook.com/NizamiCinema?rf=hl

0
14