Neft Fondundan büdcəyə transfert 1,5 milyard manat azala bilər

Neft Fondundan büdcəyə transfert 1,5 milyard manat azala bilər

“Bununla belə, büdcənin formalaşmasında SOFAZ-ın payı 50%-dən yuxarıdır”.“2017-ci ildə Dövlət Neft Fondundan (SOFAZ) dövlət büdcəsinə transfert bu illə müqayisədə 1,5 milyard manat azaldılacaq”.

Oxu.Az xəbər verir ki, bu barədə iqtisadçı-ekspert Pərviz Heydərov bildirib.

“2003-cü ildə Neft Fondundan dövlət büdcəsinə transfert 100 milyon manat təşkil edirdisə, 2004-cü ildə bu rəqəm 130 milyon, 2005-ci ildə 150 milyon, 2006-cı ildə 585 milyon, 2007-ci ildə 585 milyon, 2008-ci ildə 1,1 milyard, 2009-cu ildə 4,9 milyard, 2010-cu ildə isə yenə 4,9 milyard manat nəzərdə tutulsa da, ilin ortasında büdcəyə dəyişiklik edilməklə 5,9 milyard, 2011-ci ildə isə əvvəl 6 milyard 480 milyon olsa da, sonra 9 milyard 203,2 milyon manata qədər yüksəldilib.

İlk dəfə olaraq isə SOFAZ-dan büdcəyə transfert 2014-cü ildə azaldılıb. Keçən il dövlət büdcəsinə Neft Fondundan 10 miyard 388 milyon manat köçürüləcəyi planlaşdırılsa da, buna 8 milyard 100 milyon manat məbləğində əməl edilib. Belə ki, 23% az.

Bununla belə, büdcə gəlirlərinin formalaşmasında sözügedən qurumun payı 2009-cu ildən 50%-dən yuxarı təşkil edir. SOFAZ-dan tranfert olmasa, büdcədən sosial ödənişləri həyata keçirmək mümkün deyil”, - deyə o qeyd edib.

U.A.

0
8