Zakir Həsənov türkiyəli həmkarı ilə danışıqlar aparıb

Zakir Həsənov türkiyəli həmkarı ilə danışıqlar aparıb

Bakı Ekspo Mərkəzində bu gün Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənovun “ADEX-2016” İkinci Azərbaycan beynəlxalq müdafiə sərgisində iştirak etmək üçün Bakıda səfərdə olan Türkiyənin milli müdafiə naziri Fikri İşıkın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşü olub.

Bu barədə Oxu.Az-a Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Görüşdə iki ölkə arasında hərbi, hərbi-texniki və hərbi təhsil sahələrində əməkdaşlığın daha da genişləndirilməsi, eləcə də mütəxəssislərin birgə hazırlığı, təcrübə mübadiləsi və digər qarşılıqlı maraq doğuran məsələlər müzakirə olunub.

N.O.

0
7