AFFA klubları cərimələdi, futbolçuları cəzalandırdı

AFFA klubları cərimələdi, futbolçuları cəzalandırdı

Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.

Oxu.Az Azerisport saytına istinadən xəbər verir ki, aparılan müzakirələrdən sonra Topaz Premyer Liqasında çıxış edən klubların əvəzedici heyətləri arasında təşkil olunmuş ölkə birinciliyinin 6-cı turunun oyunları ilə bağlı aşağıdakı qərarlar çıxarılıb:

“Zirə” - “Qəbələ” matçında “Qəbələ”nin 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 400 manat cərimə olunub.

“Neftçi” - “Sumqayıt” matçında “Sumqayıt”ın 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 400 manat cərimə olunub.

AZAL - “İnter” matçında “İnter”in 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 400 manat cərimə olunub.

Oyunun 83-cü dəqiqəsində AZAL-ın futbolçusu Məmmədov Şirməhəmməd rəqibi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 3 oyunluq cəzalanıb, klubu 800 manat cərimə olunub.

A.M.

0
8