Mübariz Qurbanlı: Məscidlərin siyasət meydanına çevrilməsinə imkan verməməliyik

Mübariz Qurbanlı: Məscidlərin siyasət meydanına çevrilməsinə imkan verməməliyik

Azərbaycanın bəzi bölgələrində kimsə İmam Hüseyn təziyəsini başqa formada həyata keçirməyə çalışır.

Oxu.Az “Report” xəbər verir ki, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib.

Onun sözlərinə görə, kiminsə məscidləri siyasət meydanına çevirməsinə imkan verməməliyik:

“Hər bir ölkənin dövlət-din münasibətləri özünə məxsusdur. Dinimiz, kitabımız birdir. Amma dövlət-din münasibətlərinin modelləri fərqli ola bilər. Bu aksiomdur. Bu fərqliliyi nəzərə almalıyıq.

Dini mərasimlərin hansı ölkədə necə keçirildiyi həmin ölkəyə xasdır. Bu, bizə xas ola bilməz. Biz tarixən xalqımız ənənəvi islami dəyərləri necə əxz edibsə, ona uyğun qeyd edirik. Bu dəyərləri qorumasaq, radikal qruplar bizim içimizə, məscidlərimizə sirayət edəcək. Bu da təhlükəsizliyimiz üçün problemlər yaradacaq”.

E.Ə.

0
9