Türkiyə hava qüvvələri İraqda terrorçuların obyektlərinə zərbələr endirib

Türkiyə hava qüvvələri İraqda terrorçuların obyektlərinə zərbələr endirib

Terrorçuların sığınacaqları və anbarları məhv edilib. Türkiyə HHQ İraqda Kandil rayonu ərazisində terrorçuların obyektlərinə zərbələr endirib.

Oxu.Az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, Türkiyənin Baş Qərargahının məlumatına görə, aviazərbələr saat 21:00-dan 22:00-a qədər operativ kəşfiyyat əsasında endirilib.

Terrorçuların yeraltı sığınacaqları və anbarları məhv edilib.

Əməliyyat uğurla başa çatdırıldıqdan sonra təyyarələr geri qayıdıb.

A.M.

0
7