Rusiyada azərbaycanlı kriminal avtoritet saxlanılıb

Rusiyada azərbaycanlı kriminal avtoritet saxlanılıb

Rusiya Daxili İşlər Nazirliyi Cinayət-Axtarış İdarəsi əməkdaşları Moskvada yerləşən “Bizim məhəllə” restoranında 32 yaşlı kriminal avtoritet, cinayət aləmində daha çox “Tolik Noqinski” kimi tanınan Taleh Daqliyevi saxlayıb.

Oxu.Az Rusiya KİV-ə istinadən xəbər verir.

Məlumata görə, axtarış zamanı saxlanılan şəxsin üzərində üç ildən on ilədək müddətə azadlıqdan məhrumetmə şəklində cinayət məsuliyyətinə cəlb edilmək mümkünlüyü yaradan miqdarda çəkmək üçün narkotik aşkar edilərək götürülüb.

Qeyd edək ki, Taleh Daqliyev Bakının Sabunçu rayonunun Maştağa qəsəbəsində anadan olub.

N.O.

0
8