Nişanlanan müğənni İngiltərəyə gəlin köçür – FOTO

Nişanlanan müğənni İngiltərəyə gəlin köçür – FOTO

Türkiyəli müğənni Nez aktyor Eylem Server Ünüvarla nişanlanıb.

Oxu.Az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, ifaçı ailə qurduqdan sonra İngiltərədə yaşayacağını söyləyib.

“Eylem məni sevir, qiymət verir. Mən də onu çox sevirəm. Ailəsi İngiltərədən gəlib məni istədi. Mən də elçilikdə ona duzlu qəhvə hazırladım. Həmin an onun üzünü görsəydiniz...

Noyabrda toyumuz olacaq. İngiltərəyə gəlin gedirəm, orada yaşayacağam”, - deyə Nez açıqlama verib.

A.S.

0
10