Kabulda ABŞ səfirliyinin binası yaxınlığında partlayış – YENİLƏNİB

Kabulda ABŞ səfirliyinin binası yaxınlığında partlayış – YENİLƏNİB

Ölənlərin sayı 28 nəfərə çatdı.

Kabulun mərkəzində “Taliban” yaraqlılarının hücumu nəticəsində ölənlərin sayı 28 nəfərə çatıb.

Oxu.Az xəbər verir ki, bu barədə “France-Press” agentliyi yerli polis rəisinə istinadən məlumat yayıb.

Daha öncə altı nəfərin öldüyü barədə məlumat yayılmışdı.

12.01

200 nəfər xəsarət alıb. 

Əfqanıstanın paytaxtında partlayış zamanı xəsarət alanların sayı 200 nəfəri keçib, bir neçə nəfər ölüb. 

Oxu.Az xəbər verir ki, bu barədə Reuters agentliyi Əfqanıstanın Səhiyyə Nazirliyinə istinadən məlumat yayıb. 

Əfqanıstanın “Pajvak” agentliyinin məlumatına görə, altı nəfər ölüb.  

Əfqanıstanın DİN rəsmi nümayəndəsi Səddik Səddiki bəyan edib ki, partlayıcı qurğunu terrorçu-kamekadze işə salıb.  

Daha öncə hücuma görə məsuliyyəti “Taliban” radikal hərəkatının öz üzərinə götürməsi barədə məlumat yayılmışdı. 

10.33

Kabulun mərkəz hissəsində baş verən partlayış nəticəsində ən azı 40 nəfər yaralanıb.

Oxu.Az xəbər verir ki, bu barədə “Sinxua” agentliyi tibbi xidmətlərdə olan mənbələrə istinadən məlumat yayıb.

Yerli “TOLO News” telekanalnın məlumatına görə, partlayış nəticəsində 20 nəfər ölüb və ən azı 40 nəfər yaralanıb. Amma ölənlərin və yaralananların dəqiq sayı açıqlanmır.

10.08

Kabulun mərkəzi hissəsində partlayış zamanı ölən və yaralananlar var. 

Oxu.Az Reuters agentliyinə istinadən xəbər verir ki, bunu Əfqanıstan prezidenti Əşrəf Qani bildirib.

Prezident sarayı öz bəyanatında bu hücumu sərt şəkildə qınayıb. Agentliyin məlumatına görə, partlayış əfqan təhlükəsizlik xidmətlərinin ofislərinə istiqamətlənə bilərdi.

Yerli xəstəxana nümayəndəsinin məlumatına görə, partlayışdan sonra tibbi müəssisəyə yüngül xəsarət almış səkkiz hərbçi gətirilib. Ölənlər haqqında dəqiq məlumat yoxdur.

09.48

Əfqanıstanın paytaxtının mərkəzində partlayış olub, ABŞ səfirliyi yaxınlığında sirena səsləri eşidilir. 

Oxu.Az xəbər verir ki, bu barədə Reuters agentliyi şahidlərin sözlərinə istinadən məlumat yayıb. 

Səmada tüstünün göründüyü bildirilib. 

Xəsarət alanlar haqqında məlumat yoxdur. 

0
11