Dollar sabit qaldı, avro isə bahalaşdı

Dollar sabit qaldı, avro isə bahalaşdı

Türk lirəsi və funt sterlinq isə manata nisbətdə ucuzlaşıb.Azərbaycan Mərkəzi Bankı (AMB) sentyabrın 27-ə olan USD/AZN rəsmi məzənnəsini açıqlayıb.

AMB-dən Oxu.Az-a verilən məlumata görə, USD/AZN rəsmi məzənnəsi sentyabrın 23-ü ilə müqayisədə dəyişməyərək 1,6292 manat olub.

Digər valyutaların məzənnələrinə gəlincə, avronun məzənnəsi 1,8241 manatdan 18320 manata qalxıb.

Rusiya rublunun məzənnəsi isə dəyişməyərək 0,0255 manat olub.

Türkiyənin milli valyutası olan lirənin məzənnəsi isə 0,5531 manatdan 0,5479 manatadək ucuzlaşıb.

Rəsmi məzənnəyə əsasən, 1 ingilis funt sterlinqi 2,1248 manatdan 2,1136 manata düşüb.

U.A.

0
13