Berat Albayrak: “Metsamor” bağlanmalıdır

Berat Albayrak: “Metsamor” bağlanmalıdır

 Ermənistanın “Metsamor” Atom Elektrik Stansiyası seysmoaktiv zonada yerləşir və region ölkələri, o cümlədən Türkiyə üçün təhlükə yaradır.

APA-nın “Anadolu” agentliyinə istinadən verdiyi xəbərə görə, bunu Türkiyənin enerji və təbii sərvətlər naziri Berat Albayrak Vyanada, Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin konfransında bəyan edib.

“Metsamor” Atom Elektrik Stansiyası bağlanmalıdır. Çernobıl qəzasindan sonra dünya və region yeni atom fəlakətinə yol verə bilməz”, deyə B.Albayrak bildirib.

Nazir xatırladıb ki, “Metsamor” 47 il əvvəl inşa edilib: “Bu stansiya Türkiyədən cəmi 16 km aralıda yerləşir. Ümumiyyətlə, ömrünü tamamlamış stansiyaların hərtərəfli yoxlanılmasına ehtiyac var”.

0
17