Kerri ilə Maduro arasında gözlənilməz görüş

Kerri ilə Maduro arasında gözlənilməz görüş

Kolumbiyanın Kartahena şəhərində ABŞ dövlət katibi Con Kerri və Venesuela prezidenti Nikolas Maduro arasında görüş olub.

APA-nln RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, bu, C.Kerrinin dövlət katibi vəzifəsinə təyin ediləndən sonra Venesuela prezidenti ilə ilk görüşüdür

C.Kerri və N.Maduro Kartahena şəhərində Kolumbiya hökuməti ilə  "Kolumbiyanın İnqilabi Silahlı Qüvvələri” (FARC) təşkilatı arasında  tarixi sülh sazişinin imzalanması mərasimində iştirak ediblər.

Görüşdən öncə C.Kerri deyib: “Ümid edirəm, ciddi söhbətimiz olacaq. Biz ixtilaf deyil, Venesuela xalqının rifahına yönələn qərarlar axtarırıq. Hər halda mən prezident Maduro ilə görüşmək imkanına malik olduğum üçün çox məmnunam”.

0
11