Kanadada təyyarə qəzası

Kanadada təyyarə qəzası

Kanadanın Kvebek əyalətində yüngülmotorlu təyyarənin qəzaya uğraması nəticəsində 2 nəfər ölüb, 1 nəfər xəsarət alıb.

APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, “Cessna 206” təyyarəsi Fermon yaşayış məntəqəsi yaxınlığında yerə düşüb.

Məlumata görə, təyyarənin pilotu ağır yanıq xəsarətlər ilə xəstəxanaya çatdırılıb. Onun iki sərnişini isə hadisə yerində ölüb. İnsidentlə bağlı araşdırma aparılır.

0
7