Türkiyədə ağır qəza: 1 ölü, 39 yaralı

Türkiyədə ağır qəza: 1 ölü, 39  yaralı

Türkiyənin Samsun vilayətində baş verən ağır yol qəzası nəticəsində 1 nəfər ölüb, 39 nəfər xəsarət alıb.

APA-nın “Anadolu” agentliyinə istinadən verdiyi xəbərə görə, turizm şirkətinə məxsus avtobus eyni istiqamətdə hərəkət edən yük maşınına çırpılıb.

Hadisə nəticəsində avtobusun sərnişinlərindən biri ölüb. Yaralılar xəstəxanalara yerləşdirilib.

Qəzanın səbəbləri barədə məlumat verilmir.

0
16