Avtobusla yük maşını toqquşdu: 4 ölü, 43 yaralı

Avtobusla yük maşını toqquşdu: 4 ölü, 43 yaralı

Braziliyanın San-Paulu ştatında zəvvarları daşıyan avtobus yük maşını ilə toqquşub.

APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, Aparesida şəhəri yaxınlığında baş verən qəza nəticəsində avtobusun sürücüsü daxil olmaqla 4 nəfər ölüb, 43 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb.

Yaralılar xəstəxanaya yerləşdirilib. Onlardan 13-ün vəziyyətinin ağır olduğu bildirilir. Hadisənin səbəbləri müəyyənləşdirilir.

0
9