MSK: Referendumda seçici fəallığı 69,7 faiz olub

MSK: Referendumda seçici fəallığı 69,7 faiz olub

Azərbaycanda Konstitusiyaya dəyişikliklər üzrə ümumxalq səsverməsi (referendum) ilə bağlı ölkə üzrə yekun seçici fəallığı açıqlanıb.

Oxu.Az APA-ya istinadən xəbər verir ki, Mərkəzi Seçki Komissiyası Katibliyinin İnformasiya Mərkəzinin müdiri Fərid Orucov keçirdiyi mətbuat konfransında bildirib ki, saat 19:00-a qədər 5 milyon 267 min 111 seçicidən 3 milyon 671 min 707 nəfər səs verib.

Beləliklə, referendumda seçici fəallığı 69,7 faiz təşkil edib.

A.M.

0
14