“Opinion Way”: Referendumda seçici fəallığı 66,8% olub

“Opinion Way”: Referendumda seçici fəallığı 66,8% olub

Fransanın “Opinion Way” Tədqiqatlar İnstitutunun “Vətəndaş Cəmiyyəti Uğrunda” Müstəqil Məsləhət və Yardım Mərkəzi ilə birgə Azərbaycanda ümumxalq səsverməsi (referendum) ilə bağlı keçirdiyi “exit-poll”un nəticələri açıqlanıb.

Oxu.Az APA-ya istinadən xəbər verir ki, “exit-poll” tədqiqatının ilkin nəticələrinə əsasən seçici fəallığı 66,8% olub.

Bildirilib ki, referenduma çıxarılan 29 suala verilmiş cavablar 4 blokda qruplaşdırılıb. Təhlükəsizliyin və müdafiənin təmin edilməsi ilə bağlı təkliflərə 89,3% “bəli”, icra hakimiyyətinin strukturuna və səlahiyyətlər çərçivəsinə aid təkliflərə 88,9% "bəli", insan hüquqları və azadlıqlarının konstitusion təminatı ilə bağlı təkliflərə 90,1% “bəli” və Konstitusiyada nəzərdə tutulmuş seçkili və təyinatlı vəzifələrə namizədlər üçün yaş məhdudiyyətinin ləğv edilməsi ilə bağlı təkliflərə 88,8% “bəli” cavabını verib.

O da qeyd olunub ki, prezidentin səlahiyyət müddətinin 5 ildən 7 ilə artırılmasına seçicilərin təxminən 80%-i "bəli" cavabını verib.

Qeyd edək ki, “exit-poll” 17 qrup rəhbəri və 304 müşahidəçidən ibarət işçi heyətinin gücü ilə respublikanın 118 seçki dairəsində 152 seçki məntəqəsində saat 08.00-dan 19.00-dək keçirilib.

A.M.

0
13