“ELS” keçirdiyi “exit-poll”un nəticələrini açıqlayıb

“ELS” keçirdiyi “exit-poll”un nəticələrini açıqlayıb

“ELS” - Müstəqil Araşdırmalar Mərkəzi referendumla əlaqədar keçirdiyi “exit-poll”un nəticələrini açıqlayıb.

Oxu.Az APA-ya istinadən xəbər verir ki, mərkəzin rəhbəri İradə Yaqubova bildirib ki, “exit-poll” ölkə ərazisində 400 seçki məntəqəsində həyata keçirilib.

Onun sözlərinə görə, çıxışda sorğu Naxçıvan Muxtar Respublikası istisna olmaqla, 118 seçki dairəsini əhatə edib: “Könüllülərimiz seçki məntəqələrinin çıxışında dayanıb seçicilərdən sorğu anketini doldurmağı xahiş ediblər. Seçici anketi doldurandan sonra onu şəffaf qutuya atır və beləcə sorğu davam edir. Bu gün saat 08:00-dan başlayan sorğu 18:00-dək davam edib”.

O qeyd edib ki, saat 18:00-dək olan seçici fəallığı 65,1 faiz təşkil edib.

A.M.

0
7