Ramiz Mehdiyev Venesiya Komissiyasının rəyinə münasibət bildirib

Ramiz Mehdiyev Venesiya Komissiyasının rəyinə münasibət bildirib

Azərbaycan Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev Venesiya Komissiyasının Konstitusiya dəyişikliyi ilə bağlı rəyinə münasibət bildirib.

Oxu.Az APA-ya istinadən xəbər verir ki, R. Mehdiyev Venesiya Komissiyasının mövqeyinə münasibətinin mənfi olduğunu deyib.

“Onların rəyinə münasibətim mənfidir, çünki reallığa uyğun deyil. Onlar bizimlə müzakirə aparmayıblar. Biz onlara sənəd göndərməmişik, bizimlə heç bir müzakirə aparmadan qərar verib, tapşırıq əsasında belə rəy yayıblar. Referendum Azərbaycana çox şey verəcək. Ölkədə inkişaf edir, referendum da bu inkişafa uyğun olaraq keçirilir”.

A.M.

0
21