“Tədiyyə balansı ilə bağlı proqnozlarımız mənfidir” - Mərkəzi Bankın sədri

“Tədiyyə balansı ilə bağlı proqnozlarımız mənfidir” - Mərkəzi Bankın sədri

Tədiyyə balansında kəsirin olması olduqca böyük gərginlik yaradır.

“APA-Economics” bunu xəbər verir ki, bunu Mərkəzi Bankın İdarə Heyətinin sədri Elman Rüstəmov deyib. Bu ilin 6 ayında ölkədə tədiyyə balansında 6 mlrd. manatlıq kəsirin olduğunu deyən E.Rüstəmov qeyd edib ki, bu, bütövlükdə ölkənin valyuta ehtiyatlarına və məzənnəyə də çox ciddi təzyiqlər yaradır: “İlin sonuna da tədiyyə balansı ilə bağlı proqnozlarımız mənfidir. Biz buna təsir göstərən amilləri idarə etməyə çalışmalıyıq. Məzənnənin idarə olunması tədiyyə balansında mənfi saldonu yaradan tələblə təklif arasında olan prosesləri idarə eləmək deməkdir. Bu idarəetmədə həm Mərkəzi Bankın, həm də digər qurumların üzərində çox mühüm vəzifə düşür”.

0
13