Ramiz Mehdiyev səs verib – FOTO

Ramiz Mehdiyev səs verib – FOTO

Azərbaycan Prezidenti Administrasiyasının rəhbəri Ramiz Mehdiyev bu gün keçirilən referendumda səs verib.

Oxu.Az APA-ya istinadən xəbər verir ki, R. Mehdiyev 29 saylı Səbail Seçki Dairəsinin 7 saylı seçki məntəqəsinə gələrək səsvermə hüququndan istifadə edib.

Ramiz Mehdiyevin həyat yoldaşı Qalina Mehdiyeva da həmin seçki məntəqəsində səs verib.

Səsvermənin gedişatını yerli və beynəlxalq müşahidəçilər, KİV nümayəndələri izləyiblər.

Qeyd edək ki, məntəqədə 1440 seçici qeydiyyatdadır.

A.M.

0
13