Türkiyədə terrorçular hərbçilərə hücum edib: Ölən və yaralananlar var

Türkiyədə terrorçular hərbçilərə hücum edib: Ölən və yaralananlar var

Türkiyənin Şırnak əyalətində PKK qruplaşmasının terrorçuları hərbçilərin nəzarət məntəqəsinə hücum edib.

Oxu.Az Türkiyənin NTV telekanalına istinadən xəbər verir ki, iriçaplı silahlarla həyata keçirilən hücum nəticəsində 6 hərbçi şəhid olub, yaralananlar var.

Hadisə yerinə təcili tibbi yardım maşınları cəlb edilib.

Terrorçuların zərərsizləşdirilməsi istiqamətində əməliyyat keçirilir.

A.M.

0
11