Ağdaşda 116 yaşlı seçici səs verib - FOTO

Ağdaşda 116 yaşlı seçici səs verib - FOTO

DSK sədri: Yaşlı və xəstə seçicilər üçün lazımı şərait yaradılıbAğdaş rayonunun ən yaşlı sakini referendumda (ümumxalq səsverməsi) iştirak edib.

Oxu.Az Report-a istinadən xəbər verir ki, rayonun Ləki qəsəbə sakini 1900-cu il təvəllüdlü Yusifova Səadət Qurban qızı seçici hüqundan istifadə edərək səs verib.

89 saylı Göyçay-Ağdaş seçki dairəsinin 30 saylı seçki məntəqəsində qeydiyyatda olan seçicinin evinə məntəqənin daşınan qutusu komissiya üzləri tərəfindən aparılıb.

89 saylı Göyçay-Ağdaş DSK-nın sədri Nizam Məhərrəmov bildirib ki, dairə üzrə yaşı 100-dən çox olan 4 seçici var. Bunlardan ən çox yaşı olan Ağdaş rayon Ləki qəsəbə sakini 116 yaşlı Yusifova Səadət Qurban qızıdır: “Yaşlı və xəstə seçicilər üçün lazımı şərait yaradılıb. Onların hər birinin ünvanlarına daşınan qutular göndərilir”.

A.M.

0
15