Baş bankir: İnflyasiya proqnozu kurs-məzənnə dayanıqlığından asılı olacaq

Baş bankir: İnflyasiya proqnozu kurs-məzənnə dayanıqlığından asılı olacaq

Bu gün başlıca məsələ məzənnə yox, məzənnə-inflyasiya cütlüyüdür.

Oxu.Az-ın APA-ya istinadən məlumatına görə, bunu Mərkəzi Bankın İdarə Heyətinin sədri Elman Rüstəmov deyib.


“Dünyada da biz gördük ki, avro-dollar məzənnəsində 30%-lik fərq yarandı, sonradan kurs sabitləşdi. Bu və ya digər dövlətdə qiymətlər sabit qalırsa, heç kim həyəcan təbili çalmır. Bizim başlıca məqsədimiz ikirəqəmli inflyasiyanı aşağı salmaqdır. Yəni, məqsəd həm əhali, həm biznes, həm də dövlət üçün inflyasiyanı məqbul səviyyəyə düşürməkdir. Bütün Mərkəzi Bankların qayğısı birrəqəmli aşağı inflyasiyaya nail olmaqdır. Yuxarı inflyasiya və devalvasiya iqtisadiyyat, iqtisadiyyatın bütün subyektləri üçün zərərlidir”, - deyə o bildirib.


Ölkədə inflyasiyanın 11% səviyyəsində olduğunu deyən E.Rüstəmov bildirib ki, hazırda inflyasiya ilə bağlı proqnoz vermək çox çətindir:

“Biz 9 ayın nəticələrini gözləyirik. İnflyasiya proqnozu kurs-məzənnə dayanıqlığından asılı olacaq. Bu isə bütövlükdə makroiqtisadiyyatın bütün istiqamətlərinin müvəffəqiyyətindən asılıdır. Amma biz nikbinik. Situasiyanın gərginliyinə baxmayaraq gördüyünüz kimi situasiyanı idarə edirik. Bazarda müəyyən gərginlik var idi. Valyuta qıtlığı və digər gərginlikləri biz aradan götürdük. Bununla əlaqədar biz proseslərə öz siyasətimizlə valyuta qıtlığını aradan götürmüşük. Amma qarşımızda daha fundamental sabitliyə nail olmaq məqsədi var”.

S.B.

0
10