Hələbdə 444 nəfər öldürülüb- BİR HƏFTƏDƏ

Hələbdə 444 nəfər öldürülüb- BİR HƏFTƏDƏ

Sentyabrın 19-da Suriyada atəşkəsin başa çatdığını açıqlayanBəşər Əsəd rejimi və müttəfiqi Rusiyaya məxsus qırıcılar Hələb şəhərini bombalamaqda davam edir.

APA-nın “Milliyet”ə istinadən verdiyi xəbərə görə, Hələb şəhərinin havadan atəşə tutulması nəticəsində son bir sutkada 85, bir həftədə isə 444 nəfər ölüb.

Verilən məlumata görə, Hələbdə yaralıların sayı 585-ə çatıb.

0
7