Elton Con ilin filantropu oldu

Elton Con ilin filantropu oldu

O, xeyriyyəçiliyə onlarla milyon funt xərcləyib.

Elton Con böyük musiqiçi və mərhəmətli insandır. Məhz bu keyfiyyət musiqiçinin Britaniyanın “Sunday Times” qəzetinin “İlin filantropu” reytinqində lider mövqeyində olmasına yardım edib (filantrop - yunanca “sevmək” və “insan” sözlərindən götürülüb,  ehtiyacı olanlara kömək məqsədilə fəaliyyət göstərən insanlara deyilir –red.).

Ötən il ərzində Elton Con xeyriyyəçiliyə onlarla milyon funt xərcləyib, o cümlədən 2,68 milyon funt AİDS ilə mübarizəyə sərf edilib. 

Müqayisə üçün “Coldplay” qrupu xeyriyyəçiliyə 1,7 milyon funt, Rinqo Starr – 1,6 milyon funt sərf edib. Condan başqa siyahıda Coan Roulinq də seçilib (10,3 milyon funt).

Aytən Sadıqzadə

0
14