Azərbaycanlı hakim “Roma”nın oyununu idarə edəcək

Azərbaycanlı hakim “Roma”nın oyununu idarə edəcək

Azərbaycanlı FİFA referisi Əliyar Ağayev Avropa Liqasının E qrupunda keçiriləcək “Roma” (İtaliya) - “Astra” (Rumıniya) oyununa təyinat alıb.

Oxu.Az xəbər verir ki, bu barədə Report-a 29 yaşlı referinin özü məlumat verib.

Ə.Ağayev İtaliya paytaxtında keçiriləcək görüşdə ona Zeynal Zeynalov və Rza Məmmədovun yan xətt hakimləri, Mübariz Haşımovun dördüncü hakim, Orxan Məmmədov və Rəhim Həsənovun əlavə köməkçi hakim qismində kömək edəcəklərini bildirib. Azərbaycanlı hakimlər briqadası Romaya sentyabrın 28-də yola düşəcək.

Qeyd edək ki, sentyabrın 29-da keçiriləcək görüş Bakı vaxtı ilə saat 23:05-də başlanacaq.

S.B.

0
20