İki azərbaycanlı Moskva vilayətində deputat seçildi

İki azərbaycanlı Moskva vilayətində deputat seçildi

Son Duma seçkilərində iki azərbaycanlı da  deputata mandatı qazana biliblər. Lent.az-ın məlumatına görə, Moskva vilayəti üzrə iki azərbaycanlı sahibkar, Xaliq Ələsgərov və Xanoğlan Əliyev Ximki şəhər Şurasının deputatı seçiliblər. Hər iki deputatını namizədliyi “Spravedliyaya Rosiya” partiyası tərəfindən irəli sürülüb.

Qeyd edək ki, Ələsgərovdan fərqli olaraq Ximki sakinləri ikinci dəfədir ki, Xanoğlan Əliyevə etimad göstərirlər.

Xaliq Ələsgərov 1964-cü ildə Gədəbəyin Miskinli kəndində anadan olub. Ukraynada Kramatorsk Sənaye İnstitutunu bitirib. “Vostok” şirkətinin baş direktorudur. Xeyriyyəçidir.

Xanoğlan Əliyev 1962-ci ildə Lənkəranda anadan olub. Ümumittifaq Dəmiryolu mühəndisləri İnstitutunu bitirib. İkinci dəfə iqtisadiyyat üzrə təhsili alıb. Ximkidəki Azərbaycan Mədəni Muxtariyyatının sədridir. İlk dəfə 2011-ci ildə Ximki Şəhər Şurasının deputatı seçilib.

0
13