Sabaha olan hava proqnozu

Sabaha olan hava proqnozu

Bakı və Abşeron yarımadasında sentyabrın 27-də hava şəraiti dəyişkən buludlu olacaq, əsasən yağmursuz keçəcək. Səhər bəzi yerlərdə zəif duman olacaq.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Oxu.Az-a verilən məlumata görə, axşam buludluluğun artacağı, gecəyə doğru yarımadanın bəzi yerlərində yağış yağacağı ehtimalı var.

Şimal-qərb küləyi gündüz arabir güclənəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən APA-ya verilən məlumata görə, havanın temperaturunun gecə 15-18° isti, gündüz 21-25° isti, Bakıda gecə 16-18° isti, gündüz 22-24° isti olacağı gözlənilir.

Atmosfer təzyiqi 760 mm civə sütunundan 763 mm civə sütununa yüksələcək.

Nisbi rütubət gecə 70-80%, gündüz 55-65% təşkil edəcək.

Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz keçəcək. Səhər ayrı-ayrı yerlərdə duman olacaq. Lakin axşam bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı gözlənilir.

Qərb küləyi gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 11-16° isti, gündüz 21-26° isti, dağlarda gecə 3-8° isti, gündüz 12-17° isti olacağı gözlənilir.

S.B.

0
6