Lebedev: MDB ölkələri münaqişənin tənzimlənməsində maraqlıdırlar

Lebedev: MDB ölkələri münaqişənin tənzimlənməsində maraqlıdırlar

“Biz səmimi qəlbdən sülh arzulayırıq”.

MDB ölkələri Dağlıq Qarabağda vəziyyətin sülh yolu ilə tənzimlənməsinin və regionda hərbi əməliyyatların bərpa edilməsinə yol verilməməsinin tərəfdarıdırlar.

Oxu.Az xəbər verir ki, bu barədə çərşənbə günü Belarus paytaxtında TASS-ın suallarını cavablandırarkən MDB icra komitəsinin sədri Sergey Lebedev bildirib.

“Dağlıq Qarabağda, Ermənistan və Azərbaycanın münasibətlərində vəziyyət birlik ölkələrinin bütün nümayəndələrini narahat edir”, - o qeyd edib.

Lebedevin sözlərinə görə, MDB-də “Dağlıq Qarabağda gərginliyin aradan qaldırılmasını səmimi qəlbdən arzu edirlər”.

“İki qonşu dövlət – Ermənistan və Azərbaycan – heç bir halda hərbi əməliyyatların bərpasına yol verməmək üçün güzəştli qərara gələrək, hamını narahat edən bu problemin dinc yolla həll edilməsi üçün dinc dialoqa başlasınlar”, - o qeyd edib.

Birliyin İcra Komitəsinin sədri ümid edir ki, “bu arzular nəzərə alınacaq, MDB və Minsk qrupunun (ATƏT) kollektiv səyləri müsbət həllə gətirib çıxaracaq”.

“Biz səmimi qəlbdən Cənubi Qafqazda sülh və dinclik arzulayırıq”, - o əlavə edib.

0
18