Avropanın ortasındakı "lənətlənmiş ada"dan möhtəşəm FOTOLENT

Avropanın ortasındakı "lənətlənmiş ada"dan möhtəşəm FOTOLENT

İtalyanın Napoli şəhərində Aralıq dənizinin qeyri-adi adalarından biri yerləşir. Lent.az-ın Türkiyə mediasına istinadən verdiyi məlumatına görə, Gaiola adlanan bu adaya insanların səfər etməsi məsləhət bilinmir. Belə ki, adanın gözəl görünüşünün altında bir lənət yatdığı deyilir. “Lənət adası” kimi də tanınan bu adanın tarixi isə 1920-ci illərə dayanır. Həmin vaxt adaya ilk məskunlaşan isveçli Hans Braun bir neçə il orada yaşadıqdan adada boğularaq, meyiti tapılır. Daha sonra adanın Alman sahibi Otto Grunbak adada məskunlaşan zaman qəflətən dünyasını dəyişib. Adanın lənətini Baron Karl Langheim də yaşayır.  Barondan sonra adaya Gianni Agnelli başçılıq etməyə başlayıb. Amma bu ada ona uğur gətirmir və qəflətən yaxınlarını bir-bir itirməyə başlayır. Adanın sonuncu sahibi Gianpasquale Grappone isə cinayətdə günahlandırılaraq həbs edilir. Bütün bu neqativ xəbərlərə baxmayaraq, hər il adaya minlərlə turist gəlir.

Onu da əlavə edək ki, İslandiya ilə Farer Adalarının ortasında yerləşən bu kiçik ada təpəsində olan buludlarla da tanınır. Adanın şəkillərini çəkən fotoqraf isə bu qəribəliklərə bu cür şərh verib: “Gözəl, günəşli bir hava idi. Kiçik bir adanın üstünü bulud almışdı. Buludlar inanmayacağınız qədər aşağıda idi".

Qeyd edək ki, həmin bölgədəki 18 adanın ən kiçiyi olan bu adanın digər özəlliyi burada heç kimin yaşamamağıdır.

0
19