Türkiyədə zəlzələ

Türkiyədə zəlzələ

Türkiyənin Manisa vilayətində 3,9 bal gücündə zəlzələ baş verib.

APA-nın “Milliyet”-ə istinadən verdiyi xəbərə görə, bu barədə Boğaziçi Universiteti Kandilli Rəsədxanasının məlumatında deyilir.

Yeraltı təkanlar yerli vaxtla saat 23:51-də qeydə alınıb. Zəlzələnin episentri Akhisar rayonunda, ocağı isə 11,8 km dərinlikdə yerləşib. Zəlzələ bir sıra yaşayış məntəqələrində hiss olunub. Dağınti və zərərçəkən yoxdur.

0
11