DÇ-2016: Yığmamız mübarizəni dayandırdı

DÇ-2016: Yığmamız mübarizəni dayandırdı

Kolumbiyada keçirilən  futzal üzrə dünya çempionatında 1/4 final mərhələsinin növbəti oyunları keçirilib.

 APA-nın məlumatına görə, tarixində ilk dəfə dünya çempionatında çıxış edən  Azərbaycan millisi yarımfinala vəsiqə uğrunda Portuqaliya ilə qarşılaşıb.

Kali şəhərində baş tutan görüşdə rəqibinə 2:3 hesabı ilə məğlub olan komandamız turnirdə mübarizəni dayandırıb.

Portuqaliya futzalçıları dünya çempionatının yarımfinalında  Argentina  yığması ilə qarşılaşacaq. Digər yarımfinalda Rusiya və İran milliləri güclərini sınayacaq.

0
14